Afrika ölkəsi Qana ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında tarixi saziş bağlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sazişə əsasən, tərəflər rəqəmsal transformasiya siyasətinə uyğun olaraq bir milyard dollar dəyərində texnologiya və innovasiya mərkəzi yaradacaqlar.
Saziş Qananın Rabitə, Rəqəmsal Texnologiyalar və İnnovasiyalar naziri Samuel Nartey Corc və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Limanlar, Gömrük və Azad Zona Korporasiyasının (PCFC) sədri Sultan Əhməd Bin Sulayem tərəfindən Qananın Akkra şəhərində imzalanıb.
İmzalanma mərasimindən sonra danışan nazir qanalı nazir müqavilənin Qananın rəqəmsal gələcəyini formalaşdırmaq yolunda cəsarətli bir addım olduğunu söyləyib: "Bu mərkəz sərmayənin yaradıcılıqla görüşdüyü bir məkan olacaq. Qana gəncləri artıq xaricdə deyil, öz torpaqlarında müəkəmməl fürsətlər əldə edəcəklər. Qana Qərbi Afrikada istehsal və paylama mərkəzi olmaq potensialına malikdir. Yeni mərkəzi baza 11 000-dən çox şirkət, o cümlədən Microsoft, Oracle, Meta, IBM və Alphabet kimi bir çox qlobal texnologiya nəhəngləri üçün Afrika qitəsində fəaliyyətlərini genişləndirmək üçün strateji mərkəz rolunu oynayacaq. İlk mərhələdə PCFC tərəfindən maliyyələşdiriləcək layihədə əsas diqqət süni intellekt mühəndisliyi, məlumat istehsalı, autsorsinq və texnologiya ixracına yönəldiləcək".
Nazir bildirib ki, Qana hökuməti layihənin icrası üçün artıq əlverişli ərazi də ayrırıb.
Zülfiyyə Mustafayeva
MİA.AZ