Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Mia.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".