Mayın 27-si Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsindəki marketlərin birinin qarşısında baş verib.
Belə ki, marketin reklam lövhəsini dəyişdirən Naxçıvan MR sakini 44 yaşlı Ayxan Əsgərov və Gəncə şəhər sakini 24 yaşlı Elvin Zeynalovu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır(qafqazinfo).