ABŞ prezidenti Donald Trampla məşhur Harvard Universiteti arasında gərginlik böyüyür.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstini müdafiə edən aksiyalardan sonra universitetlə ulduzu barışmayan Tramp növbəti dəfə universitetə xəbərdarlıq edib.
O yardımlarını dayandırdığı universitetin xarici tələbə qəbulunu də azaltmalı olduğunu deyib: "Harvard Universiteti xarici tələbə kvotasının 31 fazidən 15 faizə endirməlidir. Çünki Harvard və digər məktəblərə getmək istəyən vətəndaşlarımız var, lakin əcnəbi tələbə kvotasına görə qəbul edilmirlər. Bu, belə davam edə bilməz. Bundan başqa, xarici tələbələrin ölkəmizi sevən insanlar olduğuna əmin olmaq istəyirəm. Alış-veriş mərkəzlərimizin partladığını görmək istəmirik. Sizin yaşadığınız iğtişaşları görmək istəmirik. Harvard özünü yığışdırmalı, özünə çəki-düzən verməldir. Harvard bizə siyahı göstərməlidir. Onların əcnəbi tələbələri var. Tələbələrinin təxminən 31 faizi xarici ölkə vətəndaşıdır. Biz bu tələbələrin haradan gəldiyini bilmək istəyirik. Problemli tələbələrdirmi? Hansı ölkələrdəndirlər?"
ABŞ lideri Harvardla arasındakı qalmaqalın necə bitəcəyi haqda sualı isə belə cavablandırıb: "Bilmirəm. Ancaq dediyim kimi, Harvard ölkəmizə qarşı hörmətsizlik nümayiş etdirir. Bu, bitəcək".
Xatırladaq ki, Tramp Harvarda dövlət büdcəsindən ayrılmış 2,2 milyard dollar maliyyə vəsaitini və 60 milyon dollarlıq qrant layihəsini kəsib.
Lamiyə Əhmədli
MİA.AZ