AFFA Azərbaycanın II Liqasında çıxış edən "Araz-Saatlı"nın futbolçusunu 4, "Hypers Guba"nın üzvünü isə 5 oyunluq cəzalandırıb.
Mia.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Mayın 21-də baş tutan XXVI turun “Araz Saatlı” – “Hypers Guba” oyununun 68-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Rəsul İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Onun klubu isə 300 manat cərimələnib. "Hypers Guba"nın futbolçusu Ağabəkir Həşimli isə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurduğuna görə bütün turnirlər daxil olmaqla (pley-off daxil) 5 oyunluq diskvalifikasiya edilib. Quba təmsilçisi həmçinin 300 manat ziyana düşüb. Bununla yanaşı stadionun əmlakına dəymiş zərərin “Hypers Guba” tərəfindən tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarılıb.