Sosial şəbəkələrdə paytaxtın Xətai rayonunda Şərur rayon sakini Firudin Bağırova qarşı xuliqanlıq edilməsinə dair görüntülər yayılıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, F. Bağırovun qızı bir qrup şəxsin onların evinin qarşısına gələrək atası ilə münaqişə yaratdığını bildirib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli sorğumuza cavab olaraq qeyd edib ki, hadisə mayın 20-si qeydə alınıb: “İnsident zamanı Rauf Şamxalov idarə etdiyi “Hyundai” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.