"Fənərbağça"nın mərakeşli ulduz qolçusu Yusif En-Nesyri azarkeşlərin etirazına görə klubu tərk edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, “Eyüpspor” matçında qol vurmasına baxmayaraq, tribunadan fitə basılmasını qəbuçl edə bilmədiyini açıqlayıb.
Türkiyə mətbuatı yazır ki, klub rəhbərliyinə şikayətlənən En-Nesyri "İndiyədək neçə qol vurdum, niyə məni fitə basırlar? Etiraz üçün nə etdim?", - deyə narazılıq edib.
Hücumçu karyerasını daha "Fənərbağça"da davam etdirmək istəmədiyi deyib.
Məlumata görə, o, Avropa və Ərəbistandan gələn təklifləri dəyərləndirəcək.
Fərid ASLAN
MİA.AZ