Donald Trampın Harvard Universiteti ilə ulduzu barışmır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Tramp administrasiyası Harvard Universitetinə xarici tələbə qəbulunu da dayandırıb.
Məlumata görə, Donald Tramp administrasiyası bunu universitetin Fələstinə dəstək nümayişləri ilə əlaqələndirib. Eyni zamanda, universitetdə fələstinli tələbələrin olmasını beynəlxalq tələbə qəbulu proqramının pozulması kimi xarakterizə olunub.
ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem Harvard artıq xarici tələbə qəbulunun dayandırılması ahqda Universitetə bilgi verdiklərini təsdiqləyib: "Onlara məlumat verdim ki, Harvard Universitetinin Tələbə qəbulu və Mübadiləsi Proqramı sertifikatı ləğv edilib. Təəssüf ki, universitet əcnəbi tələbələri qəbul edərkən hüquqa deyil, imtiyaza üstünlük verib. Harvard doğru şeyi etmək üçün bir çox imkanlara sahib idi, lakin onlar bunu etmədi...".
Xatırladaq ki, Tramp administrasiyası bundan əvvəl Harvard üçün 2,2 milyard dollar maliyyə vəsaitini və 60 milyon dollarlıq qrant haqqını dondurub.
Lamiyə Əhmədli
MİA.AZ