Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin əhatə etdiyi Hacıqabul, Sabirabad, Biləsuvar, Salyan, Neftçala, Saatlı, İmişli rayonlarının və Şirvan şəhərinin təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
Mia.az xəbər verir ki, yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, İmişli rayonunu təmsil edən İmişli rayon Rəsullu kənd tam orta ümumtəhsil məktəbin komandası 1-ci yerə çıxaraq, respublika mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların iştirak etdiyi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyində İmişli rayon Rəsullu kənd tam orta ümumtəhsil məktəbin hərbi rəhbəri Natiq Məmmədovun rəhbərliyi ilə şagirdlərdən ibarət komanda 2023-cü ildə 3 - cü yerə, 2025 -ci ildə isə 1 - ci yerə layiq görülmüşdür.
MİA.AZ