Xəbər verildiyi kimi, ABŞ-ın Vaşinqton şəhərindəki muzeydə keçirilən tədbir zamanı İsrail səfirliyinin 4 diplomatına silahlı hücum olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hücum zamanı biri qadın olmaqla iki nəfər həyatını itirib. 

Həbs edilən terrorçu Elias Rodriguezin o anda səsləndirdiyi ilk sözü indi açıqlanıb. O, terroru "Mən bunu Qəzza, azad Fələstin üçün etdim", - deyə etdiyini bildirib.

Xatırladaq ki, ölənlərdən ikisi nişanlı olublar.

Firudin Səfərli
MİA.AZ