Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana gedib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Budapeştdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə toplantısına qatılacaq.
Məlumata görə, Prezident Ərdoğanı Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, prezidentin baş katibi Hakkı Susmaz və Ankara valisi Vasip Şahin yola salıblar: "Ərdoğanla yanaşı, həyat yoldaşı Əminə Ərdoğan, Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç da Macarıstana yola düşüblər".
Xəbərdə o da deyilir ki, Macarıstanda “Şərqlə Qərbin Görüş Nöqtəsi” mövzusu ətrafında Ərdoğanın tədbirə qatılacaq ölkə liderləri ilə təkbətək görüşləri olacaq
Firudin Səfərli
MİA.AZ