ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı haqqında açıqlama verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, danışığın çox yaxşı keçdiyini bildirib.
Əlavə eidb ki, Rusiya ilə Ukrayna arasında danışıqlar dərhal başlayacaq: "Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq görüşü indicə başa vurdum. İnanıram ki, çox yaxşı müzakirə keçdi. Rusiya və Ukrayna dərhal atəşkəsə nail olmaq və ən əsası müharibəni dayandırmaq üçün danışıqlara başlayacaqlar. Söhbətin tonu və ruhu mükəmməl idi. Əgər belə olmasaydı, mən bunu sonra deyil, indi söyləyərdim..."
Lamiyə Əhmədli
MİA.AZ