Rusiya ordusu Baltik dənizində Yunanıstana məxsus “Green Admire” adlı neft tankerini ələ keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Moskva Estoniya limanından yola çıxan Liberiya bayrağı altında üzən “Green Admire”nin niyə saxlanılması haqda hər hansı açıqlama verməyib.
Estoniya Xarici İşlər Nazirliyi isə faktı qəbulolunmaz sayıb və hadisəni Rusiyanın beynəlxalaq qanunları saymaması ilə əlaqələndirib.
Estoniyanın xarici işlər naziri Margus Tsahkna deyib ki, bu, Moskvanın hər han hansı addımı atacağının proqnozlaşdırılması mümkünsüz addmlarından biri hesab edib: "Bu hadisə bizim haqlı olduğumuzu təsdiqləyir. Rusiya gözlənilməz davranmaqla beynəlxalq qanunlara münasibətini bir daha göstərir. Əlbəttə, biz bu faktla bağlı NATO mütəffiqlərimizə məlumat verdik"
Nazir bildirib ki, gəmi Estoniyaya məxsus neft yükü ilə Hollandiyanın Rotterdam şəhərinə gedirmiş: "Bilirsiniz ki, Estoniya sularında dayazlıqlardan qaçmaq üçün müəyyən edilmiş marşrut var. Bu marşrut Finlandiya və Rusiya arasında bağlanmış müqaviləyə əsasən müəyyən olunub. Gəmi o mmarşrutda həbs edilərək Rusiyanın Hoqland adası yaxınlığına çəkilib. Görünür, biz bundan sonra daha dəqiq davranmalıyıq. Gəmilər bundan sonra bələdçilərin müşahidəsi ilə Estoniyanın ərazi sularından keçiriləcək".
Zülfiyyə Mustafayeva
MİA.AZ