Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa məktub göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Ukrayna Prezident Administrasiyasının rəsmi saytında məlumat verilib.

Məlumatda Zelenski ilə ABŞ vitse-prezidenti JD Vancenin Vatikanda görüşdüyü bildirilib. Qeyd edilib ki, onun vasitəsilə ABŞ liderinə yeni təklif  veriib: "Görüşdə Rusiya-Ukrayna müharibəsi və İstanbulda aparılan sülh danışıqları müzakirə olunub. Tərəflər, eyni zamanda, ABŞ və Ukrayna arasında imzalanmış starteji mədənlərlə bağlı iqtisadi tərəfdaşlıq sazişinin icrası yönündə fikir mübadiləsi aparıblr.  Prezident Zelenski görüşdə prezident Trampa müdafiə sənayesi və ticarət sahələrində yeni əməkdaşlıq təkliflərini ehtiva edən məktub göndərib”.

Tahir Şəlvəli

MİA.AZ