Avropa İttifaqının (Aİ) ticarət komissarı Maros Şefçoviç ABŞ-ın ticarət naziri Hovard Lutnicklə görüşüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının ticarət komissarı Maros Şefçoviç açıqlama verib.
O bildirib ki, ABŞ-ın ticarət naziri ilə müsbət görüş keçiriblər: "Biz əsasən gömrük tarifləri bağlı mübahisəli məslələri müzakirə etdik. Razılaşdıq ki, danışıqları sürətləndirək".
Firudin Səfərli
MİA.AZ