Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyəyə gələn Ukrayna prezidenti Zelenski ilə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Kompleksində baş tutan görüşdə ikitərəfli münasibətlər və Rusiya ilə danışıqlar müzakirə olunub.

Məlumatda deyilir ki, əsas mövzu isə İstanbulda bu gün gözlənilən görüşlə bağlı olub.

Lamiyə Əhmədli
MİA.AZ