Dünyanın diqqəti bu gün İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına yönəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq Rusiya lideri Putinin İstanbula gələcəyi az ehtimal olunur.
Bildirilib ki, o, səfərdən imtina edib. Bunun əvəzində o, Ukrayna tərəfi ilə görüş üçün heyət ayırıb.
Məlumata görə, İstanbuldakı Prezident Dolmabahçe Ofisində keçiriləcək danışıqlarda Ukraynanı xarici işlər naziri Andriy Sybiha, Prezident Aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov, Prezidentin müşaviri İhor Jovkva və bir çox digər rəsmi şəxslər təmsil edəcək.
Putin isə İstanbula müşaviri Medinskinin başçılıq edəcəyi heyət göndərir. Moskvanın maraqlarını İstanbulda xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargah Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiya Baş Qərargahının İnformasiya Departamentinin rəis müavini Aleksandr Zorin, Prezident Administrasiyasının Humanitar dövlət siyasəti şöbəsinin rəis müavini Yevgeniya Podobreyevskaya, həmçinin Xarici İşlər Nazirliyi yanında Müstəqil Dövlətlər Birliyinin ikinci departamentinin direktoru Aleksandr Polişçuk və Müdafiə Nazirliyinin Beynəlxalq Müdafiə Nazirliyinin direktor müavini Aleksandr Polişçukdən ibarət heyət qoruyacaq
Xatırlaadq ki, İstanbuldakı müzakirədə ABŞ dövlət katibi Rubio və Trampın Yaxın Şərq üzrə nümayəndəsinin qatılacağı da gözlənilir.
Lamiyə Əhmədli
Mia.az