“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan nümayəndəliyinin rəhbəri vəzifəsində təyinat olub.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.
Əmrlə bu vəzifəyə Nemət Qasımov təyin edilib.
Qeyd edək ki, N.Qasımov əvvəllər Xırdalan Elektrik Şəbəkəsinin rəisi olub. Həmin vəzifədən nöqsanlara görə azad edilib.