Azad olunan ərazilərdə aprelin 28-dən mayın 4-nə qədər 19 tank əleyhinə mina, 32 piyada əleyhinə mina, 504 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həftəlik məlumat yayıb.

Məlumata əsasən, 1416.9 hektar ərazi minalardan təmizlənib.