Bu gün Türkiyə Super Liqasının 34-cü turunda "Fənərbağça" və "Beşiktaş" komandaları üz-üzə gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun "Beşiktaş"ın qələbəsiylə başa çatıb.
"Beşiktaş"a qələbə qazandıran qolu Gedson Fernandes 44-cü dəqiqədə vurub.
Bu nəticə ilə "Fənərbağça"nın "Qalatasaray"la arasındakı xal fərqi 8-ə yüksəldi. "Beşiktaş" isə xallarını 55-ə yüksəldib.
Beləliklə, "Qalatasaray"ın çempionluq şansı daha da yüksəlib.
Yeri gəlmişkən, matçdan sonra azarkeşlər "Fənərbağça" rəhbərliyini istefaya səsləyiblər.
Meydanda keçmiş prezident Əziz Yıldırımın lehinə şüarlar səslənib.
Fərid ASLAN
MİA.AZ