"Qalatasaray"da hücumçu Mauro İkardi ilə bağlı maraqlı xəbər yayılıb.
Mia.az Türkiyə mətbuatına istinadlıa xəbər verir ki, klub 6 aydan çoxdur Argentinada olan və hələ də ümalicə adıyla İstanbula dönməyən İkardiyə təcili geri dönməyi və klubun həkimlərinin müayinəsindən keçməyi tələb edib.
Argentina mətbuatı yazır ki, İstanbul klubu müalicə müddətinin uzun çəkməsindən şübhələnib və hesab edir ki, İkardi ölkəsində qalmaq və vaxtını keçirmək üçün qəsdən belə edə bilər: "Bu səbəbdən hücumçudan təcili geri dönməyi tələb ediblər. Əks halda, ona müqaviləyə birtərəfli xitam veriləcəyi bildirilib".
Fərid ASLAN
MİA.AZ