ABŞ prezidenti Donald Tramp İrandan neft və ya neft-kimya məhsulları alan ölkələri hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, həmin ölkələrin “ikinci dərəcəli sanksiyalar"a məruz qalacağını bəyan eidb.

ABŞ lideri bildirib ki, heç bir ölkəyə İranla belə ticarət əlaqəsinə imkan verilməyəcək: "İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulları alan hər hansı ölkə və ya şəxs dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq. Onların ABŞ-la heç bir formada iş imkanı yaratması da mümkünsüz olacaq".

Lamiyə Əhmədli

MİA.AZ