''Biz bu oyundakı səhvlərimizin əvəzini ödədik''.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Kayserispor"la 3:3 hesablı heç-heçədən sonra "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo matçdan sonrakı mətbuat konfransında deyib.
O, çempionluq yarışı haqda danışmaq istəmədiyini bildirib, əlavə edib ki, bu gün çox böyük səhvlərə yol evriblər: "Çempionluğu, ümumiyyətlə, liqanı dəyərləndirmək istəmirəm. Bu oyunda bəxtimiz gətirmədi, səhvlərimiz oldu. Bu gün çox top itirdi. Bu gün enişli-yoxuşlu bir performans göstərdik. Qazanmaq və ya məğlub olmaq mənim yanaşmamı dəyişmir. Bu mədəniyyətdə ağ-qara var. 4-5 oyunda qalib gələndə ən yaxşı məşqçi və oyunçu olursan. İşlər pis gedəndə ən pis məşqçi və oyunçu olursan. Əlbəttə, nəticədən çox təəssüf edirəm. Məsuliyyət mənimdir...".
Fərid ASLAN
MİA.AZ