Azad olunan ərazilərdə martın 31-dən aprelin 6-dək 107 piyada əleyhinə mina, 13 tank əleyhinə mina, 870 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi həftəlik ənənəvi məlumat yayıb.

Məlumata əsasən, 2009,1 hektar ərazi minalardan təmizlənib.