Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha 6 ay uzadıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası ilə bağlı açıqlamasında deyuib.
Onun sözlərinə görə, Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılması ilə bağlı razılığa gəliblər: "Sanksiyaların uzadılması Moskvanı müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirlərdən məhrum edəcək. Rusiya vurduğu zərəri ödəməlidir”.
O bildirib ki, qərar çərçivəsində Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər 2025-ci il iyulun 31-dək uzadılıb.
Xatırladaq ki, Aİ indiyədək Rusiyaya qarşı 15 sanksiya paketi qəbul edib.
Lamiyə Əhmədli
MİA.AZ