Almaniyanın xarici işlər naziri Annalena Berbok sabah Türkiyəyə gəlir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, səfər çərçivəsində o, Hakan Fidanla görüşəcək. İkilinin beynəlxalq və regional məsələlər, ikitərəfli münasibətlər ətrafında müzakirə aparacağı deyilir.
Firudin Səfərli
MİA.AZ