HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Kassam Tuqayları Qəzza zolağının şimalında İsrail hərbçilərini pusquya salıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma açıqlama yayıb.

Bildirilib ki,  Cibaliya Qaçqınlar Düşərgəsinin ortasındakı Əl-Xulafa məscidi yaxınlığında 6 İsrail əsgər və bir hərbi texnika vurulub: "Bununla yanaşı, Beyt Lahiya şəhərinin qərbində İsrail ordusuna məxsus Merkava tankı vurulub. Orada da bir İsrail əsgəri öldürülərək silahı ələ keçirilib. Bir İsrail hərbçisi isə snayperlə yaralanılb".

Samir MUSAYEV
MİA.AZ