Azərbaycan Mərkəzi Bankı bu gün uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.

Mia.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb: "Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub".