Türkiyə ilə Azərbaycan arasında tranzit keçid sənədi kvotası artırılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
O bildirib ki, Türkiyədən Azərbaycana ixracın 81 faizi quru yolla həyata keçirilir: "Türkiyə ilə Azərbaycan arasında tranzit keçid sənədi kvotası 35 mindən 100 minə qaldırılıb. Ümumi keçid sənədlərinin sayı artıq 180500-ə çatıb. Quru daşımalarında son illərdə istifadə edilən tranzit keçidlərində əhəmiyyətli artıma nail olduq. Bu addımla biz avtomobil daşımalarında səmərəliliyin artırılması və ticarətin sürətləndirilməsini daha da yüksəltməyə nail olacağıq".
Firudin Səfərli
MİA.AZ