İtaliyanın Milan şəhərində açıq yerlərdə - küçələrdə siqaret çəkməyi qadağan olunacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qərarda deyilir ki, ancaq siqaret çəkənlərin digər insanlardan ən azı 10 metr aralıda olması halında bu qadağaya görə cərimə tətbiq olunmayacaq: "Qadağaya əməl etməyənləri 40-240 avro arası cərimələr gözləyir".
Samir MUSAYEV
MİA.AZ