Bu gün Türkiyənin Muğla bölgəsinin Marmaris rayonu sahillərində - Aralıq dənizində zəlzələ baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ Bakı vaxtilə saat 07.44-də 4,4 bal gücündə olub. 

Episentri Muğlanın Datça rayonundan 210,17 kilometr uzaqlıqda olan zəlzələnin 9,1 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.

Zəzlələ bölgədə can və mal itkisinə səbəb olmayıb.

Lamiyə ƏHMƏDLİ
MİA.AZ