Gürcüstanın paytaxtı Tbilisidə davam edən nümayişlərdə 298 nəfər saxlanılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze açıqlama verib.
O bildirib ki, hökumətin Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmasına qarşı davam edən etirazlarda143 polis əməkdaşı yaralanıb.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə bildirib ki, müxalifət və onların tərəfdarları ölkədə xaos yaratmağa can atır: "Ancaq biz buna imkan verməyəcəyik".
Gürcüstanın Ombudsmanı Levan İoseliani isə deyib ki, polis saxlanılan nümayişçilərin əksəriyyətinə qarşı zorakılıq tətbiq edib: "Biz indiyədək 156 nəfərə baş çəkdik və onlardan 124-ü zorakılığa və qeyri-insani rəftara məruz qaldıqlarını deyir. Bu, çox narahatedici haldır."
Samir Musayev
MİA.AZ