Dünən Bakıda saxlanılan üquq müdafiəçisi Rüfət Səfərov bu gün Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.
Mia.az xəbər verir ki, Rüfət Səfərova Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə də əlavə ittiham verilib.
Məhkəmə Rüfət Səfərovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***
Hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də Bakıda saxlanılıb.
Mia.az-ın məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.
Bununla bağlı araşdırma aparılır.
***
Rüfət Səfərova Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə ) və 221.1-ci xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb.
Mia.az xəbər verir ki, bu barədə vəkili Elçin Sadıqov məlumat yayıb.