Türkiyədə yanvar ayında minimum maaş artırılacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda ən az maaşın nə qədər olacağı böyük müzakirələrə yol açıb.
Məşhur aparıcı, "SZC TV"-nin canlı yayımında "süni intellekt"ə sual verib: "Minimum əmək haqqı nə qədər olacaq?" və "2025-ci ildə minimum əmək haqqı artımı nə qədər olacaq?" suallarına cavab almağa çalışıb.
O bildirib ki, minimum əmək haqqı təxminən 35-45 faiz aralığında qalxacaq: "Beləliklə mnimum əmək haqqı 22 min 952 TL ilə 24 min 652 TL (1124 manatla 1207 manat- Mii.az) arasında proqnozlaşdırılır".
Zülfiyyə Mustafayeva
MİA.AZ