Rusiyanın Rostov vilayətində yanacaq deposunda baş verən və 5 gündür davam edən yanğın hələ də söndürülməyib.
Mia.az TASS-a istinadla xəbər verir ki, avqustun 18-də Rostovda Proletarsk yanacaq deposundan anbarında baş vermiş yanğının söndürülməsinə 500-dən çox yanğınsöndürən cəlb olunub: "Lakin 5 gündür yanğını sondürmək mümkün olmayıb. Yanğınsöndürməyə qatılan 47 yanğınsöndürən isə əməliyyatda müxtəlif dərəcəli xəsarətlər alıblar".
Rostov vilayətinin qubernatoru Vasili Qolubyev bildirib ki, yanğın Ukrayna ordusuna məxsus PUA-nın zərbəsindən sonra başlayıb: "Təəssüf ki, yanğını söndürmək hələlik mümkün olmayıb..."
Samir Musayev
MİA.AZ