İran Səudiyyə Ərəbistanında ABŞ pilotlarının qaldığ əraziyə hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi yerli telekanala açqlamasında deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında ABŞ pilotlarının və uçuş heyətinin yerləşdiyi əraziyə dron və raketlərlə zərbə endiriblər: “Həyata keçirdiyimiz hücumlarda 200 nəfərlik bir komandanlığı vurduq.Tramp indi AWACS təyyarələri, tankerləri və digər vurulan texnikalarının siyahısına uçuş heyətinin itkilərini də yaza bilər”
Tahir Şəlvəli
MİA.AZ