48 yaşlı rus turist qadın Türkiyədə yoxa çıxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin turistlik bölgəsi sayılan Muğlanın Marmaris rayonunda itkin düşən 48 yaşlı Rusiya vətəndaşı Natalya Somova 3 gün əvvəl oteldən çıxaraq təbiət gəzintisinə çıxıb.
Məlumata görə, yerli vaxtla saat 07.30-da oteldən çıxan qadın avqustun 11-də Moskvadan Marmarisə gəlib: "Natalya Somova avqustun 17-də səhər saatlarında İçmeler məhəlləsindəki oteldən təbiət qoynuna həməşki kimi gəzintiyə gedib. Lakin az sonra ondan xəbər alına bilməyib. Avqustun 19-da ölkəsinə qayıtmalı olan Somovanın yaxınları qadınla əlaqə saxlaya bilməyiblər bundan sonra onun yxa çıxması aydınlaşıb".
Xəbərdə deyilir ki, polislər bütün bölgədə axtarış elan etsələr də, qadının izinə düşmək mümkün olmayıb: "Hazırda axtarıça xüsusi itlər cəlb olunub. qadının son göründüyü yerdənb başlayaraq 11 km-lik ərazi "taranır"".
Samir Musayev
MİA.AZ