İngiltərədə raket sınağı zamanı partlayış olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Unst adasındakı SaxaVord Kosmodromunda doqquz mühərrikli raketin sınağı prosesində gözlənilmədən raket alovlanaraq partlayıb.
Məlumata görə, Almaniyanın "Rocket Factory Augsburg" (RFA) şirkəti tərəfindən həyata keçirilən sınaq İngiltərədən ilk şaquli raket buraxılışı sayılacaqdı: "Hələlik bəlli olmayan səbəbdən sınaq uğuysuz alınıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. RFA vəziyyəti nəzarətdə saxladıqlarını açıqlayıb. Şirkət hadisənin dəqiqi səbəbinin araşdırıldığını bildirib".
Lamiyə Əhmədli
MİA.AZ