Qətər Xarici İşlər Nazirliyi HƏMAS lideri Haniyənin Tehranda öldürülməsi barədə bəyanat imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda sui-qəsd hadisəsi kəskin qınanılıb.
Qətər XİN xəbərdarlıq edib ki, bu hücum və İsrailin Qəzzada dinc əhalini hədəf almağa davam etməsi bölgədə xaosa səbəb ola bilər: "Haniyənin Tehranda öldürülməsini ən sərt şəkildə pisləyir. Bu, iyrənc cinayət və gərginliyin təhlükəli artmasına yönəlik beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu sui-qəsd regionun xaosa sürüklənməsinə səbəb olmaqla yanaşı, sülhün əldə olunması şansını sarsıdacaq”.
Zülfiyyə
MİA.AZ