Rəsmi Tehran ABŞ prezidenti Donald Trampın "İran atəşkəs istəyir" bugünki bəyanatını rədd edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Əl-Cəzirə televiziyasına açıqlama verib.
O bildirib ki, bu, ABŞ prezidenti Donald Trampın növbəti yalanlarından biridir: "Trampın atəşkəslə bağlı açıqlamaları doğru deyil".
Xatırladaq ki,Tramp az əvvəl atəşkəslə bağlı açıqlama verərək İrana Hörmüz boğazı açılana qədər atəşkəs xahişinə əməl etməyəcəyini bəyan etmişdi.
Firudin Səfərli
MİA.AZ