HƏMAS liderinin Tehranda öldürülməsindən sonra bölgədə "partlamağa hazır" olan yaranan gərginlik İsrailin baş naziri Benyamin Netanyahunun Təhlükəsizlik Şurasını təcili iclasa çağırmasına səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Hökuməti məlyumat paylaşıb.

Qeyd olunub ki,  yerli vaxtla saat 16:00-da başlayacaq iclasda ölkənin təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə vəziyyəti dəyərləndirəcək: 

Xatırladaq ki, İsrail ordusu dünən Beyrutda Hizbullahın yüksək rütbəli komandirlərindən Fuad Şükürün olduğu binanı vurub. Bu gün səhər isə Tehranda İsmayıl Haniyə sui-qəsdlə öldürülüb. Bundan sonra isə bölgə "qaynamağa" başlayıb.

Zülfiyyə

MİA.AZ