ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrın 5-də keçiriləcək prezident seçkisində rəqibi olacaq vitse-prezident Kamala Harrisin "bostanına yenə daş atıb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, "Fox News" televiziyasına müsahibəsində Kamala Harrisi prezidentlik yarışında ABŞ prezidenti Co Baydendən “daha pis namizəd” sayıb: "O, Baydendən çox pis və zəif namizəddir. Məncə Harris radikal solçudur. O, həmişə olduğu kimi, çox danışır, ancaq hamısı boş danışıqlardır".
Harrisin gülüşünə yenidən toxunan Tramp deyib ki, Harrisdə bir anormalıqda var: "O gülüş dəli adamın gülüşüdür. Amma bu barədə sosial mediada yazandan sonra onun artıq belə gülmədiyini fərq etdim. Biri onu elə gülməməyə inandırıb".
Lamiyə Əhmədli
MİA.AZ