Rusiyada sərnişin qatarı qəzaya uğrayıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Volqoqrad vilayətində hərəkət edən sərnişin qatarı yük maşınına çırpılaraq relsdən çıxıb.

Məlumata görə, nəticədə 140 nəfər yaralanıb: "Onlardan 16-sı xəstəxanaya yerləşdirilib".

Xəbərdə o da deyilir ki, qatar Kazandan Adler bölgəsinə gedirmiş...

Faktla bağlı Rusiya İstintaq Komitəsiı araşdırmalara başlayıb.

Samir Musayev

MİA.AZ