"Xarkov vilayətində Qərb ölkələrindən olan 50-yə yaxın hərbi təlimatçı İsgəndər-M ballistik raketi ilə vurulub".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sensasion məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, onların hamısı zərbə nəticəsində ölüblər: ""İsgəndər-M" taktiki-raket kompleksinin hərbi hissəsi Qərb ölkələrindən təlimatçıların və muzdluların yerləşdiyi Xarkov vilayətinin Derqaçi qəsəbəsinin müvəqqəti yerləşdirilmə məntəqəsinə raket hücumu həyata keçirib. Hücum nəticəsində orada olan 50-yə yaxın Qərb ölkələrinin hərbi təlimat və məsləhətçiləri öldürülüblər...”.
Nazirlik əlavə edib ki, xüsusi hərbi əməliyyatlar nəzərdə tutulduğu plan üzrə uğurla icra olunur.
Firudin Səfərli
MİA.AZ