"Barselona"nın yarımmüdafiəçisi "Qalatasaray"a gəlir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, gələcək mövsüm transferlərinə indidən hazırlaşan "Qalatasaray" bu yay "Barselona"nın ulduzu İlkay Gündoğanla masaya oturacaq.

Mlumata görə, türk əsilli alman oyunçu "Qalatasaray"ın sadiq tərəfdarı olduğunundan transferdə problem yaşanmayacaq: "Zatən, artıq  İlkay Kataloniya komandası ilə "ipləri qoparıb". O, mövsüm bitən kimi klubdan ayırlacaq. Bu da "Qalatasaray"ın transfer istəyini asanlaşdıracaq".

Xatırladaq ki, "Mançester Siti"dən ayrıldıqdan sonra "Barselona"ya pulsuz transfer olunan 33 yaşlı İlkar orada 49 rəsmi matçda meydana çıxıb.

 İlkay Gündoğan bu matçlarda 5 qol vurub, 13 məhsuldar ötürmə edib.

Fərid Aslan

MİA.AZ