"Barselona" gənc yarımmüdafiəçi Fermin Lopezlə müqaviləni iki illik uzadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 22 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2031-ci ilə qədər Kataloniya komandasında qalacaq.

Yeni müqavilənin yaxın günlərdə imzalanacağı və Fermin Lopezin imzalanmadan sonra mətbuatla da görüşəcəyi bildirilib.

2003-cü il təvəllüdlü Fermin Lopez, 2016-cı ildə, cəmi 13 yaşında ikən La Masia-ya qoşulub.

Bu mövsüm Kataloniya komandasında 26 oyun keçirən 22 yaşlı yarımmüdafiəçi 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ