İcra hakimiyyətinin mühüm sənədləri "yox"a çıxıb.
Mia.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, söhbət Qaradağ Rayon İcra Hakimiyyətindən gedir.
Belə ki, RİH başçısının Korgöz qəsəbəsi üzrə nümayəndəliyində olan seriyası CĞV, nömrəsi 002508-002600-a qədər olan 93 ədəd kassa mədaxili orderi və seriyası CGS, nömrəsi 000511-000550-ə qədər olan 40 ədəd vəkalətnamə ciddi hesabat blankları itib.
Sənədlərin hansı şəraitdə itməsi məlum deyil.