Türkiyə 1-ci liqasında mübarizə aparan Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor" bu gün rəsmən supuer liqaya yüksəlişini bayram edə bilər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Eyüpspor" əgər bu gün oynayacağı "Adanaspor" matçında qalib gəlsə, sona 6 tur qalmış Super Liqaya yollanacağını təminat altına alacaq.
Xatırladaq ki, Ardanın komandası bu gün Bakı vaxtilə saat 18.00-da "Adanaspor"la qarşıalcaq. Matçı TRT Spor canlı yayımlayacaq.
Hazırda “Eyüpspor” 64 xalla liqada ilk yeri tutur.
"Eyüpspor"un liqada qalan oyunları isə bunlardır:
Altay
Manisa FK
Boluspor
Şanlıurfaspor
Göztəpə
Ərzurumspor
Fərid Aslan
MİA.AZ