Şəkinin Vərəzət kəndində yaşayış evində partlayış olub.
Mia.az xəbər verir ki, nəticədə ev sahibi, 1959-cu il təvəllüdlü Feyziyev Arif Tapdıq oğlu xəsarət alıb.
O, Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, hadisə qaz sızmasından baş verib.
Faktla bağlı araşdırma aparılır.