Qubadlı rayonunda pulemyot və avtomat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, rayonun Mahmudlu kəndi ərazisində həmçinin müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.